AzLab

ANALİTİK LABORATORİYANIN GÖSTƏRDİYİ XİDMƏTLƏR

Servislər Qalereya

QAZ VƏ NEFTİN KOMPONENT TƏRKİBİ

Təbii qaz nümunələri üzvi və qeyri üzvi (H2S, CO2, N2, H2) komponentlər də daxil olmaqla qaz-xromatoqrafik analizləri.

NEFT VƏ KONDENSAT NÜMUNƏLƏRİNİN QAZ-XROMOTOQRAFİK ANALİZLƏRİ

AGİLENT 7900 İSP-MS

AGİLENT 7900 İSP-MS Qrunt və su nümunələrində müxtəlif ağır metal izlərinin multi-elementar analiz üsulu ilə təyini.

KONDENSAT XROMATOQRAMININ NÜMUNƏSI

“PEGASUS” KÜTLƏ-SPEKTROMETRİK KOMPLEKSİ

Leco 4D GC x GC TOFMS “Pegasus” kütlə-spektrometrik kompleksi mürəkkəb çoxkomponentli nümunələrin kimyəvi analizində istifadəçiyə yeni imkanlar yaratmaqla daha çox komponentləri yüksək dəqiqliklə təyin etməyə imkan verir.

“SOXTEC” EKSTRAKSİYA APARATI

“Soxtec” ekstraksiya aparatı – tam avtomatlaşdırılmış sistem olub, müxtəlif nümunələrdən maddələri sürətlə və tam təhlükəsiz ekstraksiya edir.

OKSFORD CİHAZLARI

Neft sənayesi və elmi tədqiqatlar üçün istifadə olunan yüksək dəqiqlikli rəqəmsal sıxlıq təyin edən cihaz.

SIXLIĞI TƏYİN EDƏN CİHAZ DMA 4500

Neft və yanacaq-sürtgü materiallarında kükürdü, vanadium və nikeli rentgen-flüorosent üsulu ilə təyin edən cihaz.

KRİOMETR 20

Üzvi maddələrin (neft də daxil olmaqla) benzolda həll edilərək krioskopik üsulla molekul kütləsinin təyini.

NEFTİN İNSPEKSİYASI

10 ildən artıqdır ki, “AZLAB” neft sənayesi üçün professional inspeksiya nəzarəti xidməti göstərir.
“AZLAB” Dübəndi terminalinda beynəlxalq standartlara uyğun olaraq zəngin neft ehtiyatlarına malik “Günəşli” və “Neft Daşları” yataqlarından çıxarılan neftin keyfiyyət və kəmiyyətinə nəzarəti həyata keçirir.

EKOLOJİ XİDMƏTLƏR (KOKS ECOVAC)

KOKS ECOVAC vakuum avtosisternləri neftçıxarma və neft emalı sənayesində, ərzaq malları istehsalında, şəhər kommunal təsərrüfatında və sorma tələb olunan digər sahələrdə istifadə olunur. Toksiki və partlayıcı maddələrin daşınmasında RED və ya ADR/ATEX standartlarına cavab verən avtosisternlərdən istifadə olunur.