AzLab

KERN NÜMUNƏLƏRİNİN ANALİZİ LABORATORİYASI

Servislər Qalereya

TƏBİİ RADİOAKTİVLİYİN TƏYİNİ

Kern nümunələrində Kalium, Torium, Uranın və ümumi radioaktivliyin təyini.

KOMPÜTER TOMOQRAFİYASI (KT)

Kompüter tomoqrafiyası layların yatım bucağının təyini üçün istifadə edilir.

KERN NÜMUNƏLƏRİNİN HİSSƏLƏRƏ KƏSİLMƏSİ

Kern nümunələrinin 1⁄4 və 3⁄4 hissələrə bölünməsi

1⁄4 HİSSƏNİN SEDİMENTOLOJİ TƏSVİRİ

1⁄4 HİSSƏNİN ADİ VƏ ULTRABƏNÖVŞƏYİ İŞIQ ALTINDA RƏQƏMSAL ŞƏKİLLƏRİ

3⁄4 HISSƏDƏN NÜMUNƏLƏRİN (PLAQLARIN) GÖTÜRÜLMƏSİ

Standart analiz proqramına əsasən 1 və 1.5 düym diametrli nümunələrin götürülməsi.

NÜMUNƏLƏRİN TƏMİZLƏNMƏSİ

Dean Stark metodu ilə neft/su doyumluğunun təyini (Toluoldan istifadə etməklə)
Soxlet –nümunələrin təmizlənməsi (Metanol, Toluoldan və ya Xloroformdan istifadə etməklə)
AZLAB müştərilərin sifarişinə əsasən digər kimyəvi maddələrdən də istifadə edə bilər.

KEÇİRİCİLİK VƏ MƏSAMƏLİK

Ölçülər
• Məsaməliyin təyini
• Dənələrin sıxlığının təyini
• Məsamə həcminin təyini
• Keçiricilik və məsaməlik

PROFİL KEÇİRİCİLİYİ

Hər nöqtədə nümunənin keçiriciliyinin təyini.

KLINKENBERG KEÇİRİCİLİYİ

PETROQRAFİK ŞLİFLƏRİN HAZIRLANMASI VƏ TƏSVİRİ

Şliflərin hazırlanması və mikroskop altında təsviri.

ELEKTRON MİKROSKOPİK SKANLAMA (SEM)

Nümunələrin Elektron mikroskopik (SEM) analizi zamanı əsas diqqəti məsamələr, məsamə boşluqları və diagenetik komponentlərin növünə (məs. gillər) yönəltməklə, süxurların əyani öyrənilməsi və müəyyənləşdirilməsi həyata keçirilir. Ən yüksək böyütmə nisbətli (SEM) fotoşəkilə əsasən diagenetik gilin morfologiyası və yataq növü barədə məlumat verilir, müxtəlif ölçülərdə böyüdülmüş fotoşəkillərlə yanaşı aşağıda göstərilən digər məlumatlar da hesabatda özünü əks etdirir.

X-RAY DİFRAKTOMETRİK TƏTQİQAT (XRD)

Bu analiz rentgen şüalarından istifadə edərək, nümunələrin mineroloji strukturunu müəyyən etmək üçün həyata keçirilir.

DƏNƏLƏRİN ÖLÇÜLƏRİNİN TƏYİN EDİLMƏSİ

• Ələk üsulu ilə ölçünün təyin edilməsi - nümunələrin tərkibində dənəciklərin 45μm-dən böyük ölçüləri 65%- dən artıq olduqda bu üsuldan istifadə edilir. Məsələn, qum və çınqıllar.
• Hidrometriya üsulu - ələk üsulundan sonra qalan 35% xırda dənəli nümunələrin ölçüləri bu üsuldan istifadə etməklə təyin edilir. Məsələn, gil və lillər.

PALEONTOLOQİYA

Kompleks biostratiqrafik tədqiqat üçün nümunələrin hazırlanması. Foraminfera, Ostrakoda, Molyuska, Balıq qalıqları və digər əlamətlərə əsasən stratiqrafik yaşın təyini.

PALENOLOQİYA

Nümunələrin hazırlanması və təsviri
Bitki qalıqlarına əsasən bionamik vəziyyətin qiymətləndirilməsi və stratiqrafik şəraitin öyrənilməsi

KERNİN NÜMUNƏLƏRİNİN GÖTÜRÜLMƏSİ

• Kern çıxarılması və hazırlanması
• Səthin qorunması
• Kernin bərkidilməsi
• Nümunələrin parafinlənməsi
• Silindirik formalı nümunələrin (plug) götürülməsi
• Yüksək keyfiyyətli foto
• Spektral Qamma (API, U, Th, K)

KERN NÜMUNƏLƏRİNİN XÜSUSİ ANALİZİ (SCAL)

KAPİLYAR TƏZYİQ
Civə inyeksiyası
Avtomatlaşdırılmış analiz avadanlıqlarindan istifadə etməklə kapilyar təzyiqin və məsamə ölçülərinin paylanmasının təyini
SENTRİFUQA: 1 Düym diamertli nümunələr üçün
SENTRİFUQA: 1.5 Düym diamertli nümunələr üçün
MƏSAMƏLİ LÖVHƏ KAMERASI : Ətraf mühit şəraitində
MƏSAMƏLİ LÖVHƏ KAMERASI: Məhdudlaşdırılmış şəraitdə
Xüsusi elektrik müqaviməti
İfrat elektrik keçiricilik, Qv
Məsamə həcminin sıxlaşdırılması
Nəmliliyin təyini
Nisbi keçiricilik, ümumi üsul (ətraf mühit temperaturunda)
Nisbi keçiricilik, Smax üsulu

GEOTEXNİKİ ANALİZ

Közərmə zamanı itkinin təyini (Üzvi maddələrin miqdarının təyini)
Nümunələrin karbonatlığının təyini
Təbii sıxlıq və nəmlik
Süxurların nəmliyinin təyini
Atterberq hədləri (Plastiklik)-1 nöqtəli Kazaqranda üsulu ilə Atterberq hədləri (Plastiklik)-çoxnöqtəli Kazaqranda üsulu ilə Atterberq hədləri (Plastiklik)-Konus üsulu ilə
Süxur hissəciklərinin sıxlığının təyini (Piknometr üsulu)
Maksimum və minimum sıxlığın təyini (DGİ üsulu)
Torvan (Pərli cıhaz) sınağı
Mikropenetrometer sınağı
Enən konus (Geonor) sınağı
Məsamə sularının duzluğunun refraktometrlə təyini
Sıxılmaya qarşı müqavimət (Odometr üsulu)
Drenajsız konsolidə edilməmiş üçoxlu sıxılma
Konsolidə edilmiş drenajlı üçoxlu sınaq-1 pilləli
Konsolidə edilmiş drenajlı üçoxlu sınaq-3 pilləli, birpilləli texnikanın tətbiqi ilə