AzLab

PVT LABORATORİYA KOMPLEKSİ

Servislər Qalereya

OILPHASE DBR ŞİRKƏTİNİN (II SERİYA) PVT SİSTEMLƏRİ

REKOMBİNASİYA APARATI

Separator nümunələrinin rekombinasiyası təzyiq və temperaturun tənzimlənməsi məqsədilə müvafiq porşen və istilik gödəkçəsi ilə təchiz olunan 2000 sm³-lik həcmə malik kamerada aparılır.

ELEKTROMAQNİT VİSKOZİMETR

Elektromaqnit viskosimetr yüksək təzyiqli lay flüidlərin özlülüyünü təyin edən dəqiq ölçmə cihazıdır.

DBR YÜKSƏK TƏZYİQLİ PORŞENLİ NASOS

Yüksək təzyiqin yaradılması, mayenin injeksiyası və mütənasib şəkildə yerdəyişməsi üçün nəzərdə tutulmuş dəqiq qurğudur.

DBR QAZOMETR (GOR MODELİ)

DBR qazometri lay və separator nümunələrinin qaz-neft amilini müəyyən etmək üçün yaradılmışdır.

SEPARATOR VƏ QUYUDİBİ NÜMUNƏLƏRİN GÖTÜRÜLMƏSİ

• Lay fluidlərin quyuağzı, boru kəməri, separator və rezervuarlardan götürülməsi
• Lay flüidlərin quyudibi gövdədən götürülməsi

NEFT VƏ QAZ SİLİNDRLƏRİNİN İCARƏSİ

Neft və qaz silindrləri (20 l-lik qaz və porşenli maye silindrlər) civəsiz, geniş həcmli silindrlər olub, birfazalı nümunə götürülməsində, eləcə də, onların nəqli və saxlanılması proseslərində istifadə olunur. Həm quyu dibindən və həm də sınaq istismar əməliyyatları zamanı quyu ağzından götürülən nümunələrin köçürülməsi üçün bu silindrlərdən istifadə edilir. Neft, kondensat və ya lay suyu nümunələrinin bu silindrlərdə nəqli və saxlanılması mümkündür.