Notice: wpdb::prepare was called incorrectly. The query does not contain the correct number of placeholders (2) for the number of arguments passed (3). Please see Debugging in WordPress for more information. (This message was added in version 4.8.3.) in /var/www/azlabaz/public_html/wp-includes/functions.php on line 4165
Haqqımızda

AzLab

Haqqımızda

ukovodstvaRəfiqə Hüseynzadə, SOCAR-ın Ekologiya üzrə Vitse-Prezidenti,

“AZLAB” Kəşfiyyat və Tədqiqat Mərkəzinin Direktorlar Şurasının Sədri.

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan AZLAB hal-hazırda tədqiqat dairəsinin miqyasına görə regionun ən böyük tədqiqat mərkəzlərindən biridir.

1996-cı ildə AZLAB və BP şirkətinin Çıraq platformasında qazılan GCA-1 quyusundan başlayan əməkdaşlıq müqaviləsi 2024-cü ilə qədər davam edəcək. Bu müddət ərzində axtarış-kəşfiyyat və istismar quyularından götürülən kern, neft, kondensat və qaz nümunələrinin geniş tədqiqatı həyata keçiriləcəkdir.

Müəssisənin fəaliyyət dairəsi Xəzər dənizində yerləşən axtarış-kəşfiyyat və istismar quyularından götürülmüş nümunələrin geniş tədqiqatını aparmaq, litostratiqrafik və biostratiqrafik kəsilişini tərtib etmək, geokimyəvi tədqiqatlar və PVT eksperimentləri aparmaqdan ibarətdir. Quyulardan nümunələrin götürülməsi, stasionar avadanlıqlarla quyularda tədqiqat işlərinin və ekspress analizlərin aparılması yüksək ixtisaslı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Götürülmüş bütün nümunələr ən son avadanlıqlarla təchiz olunmuş, beynəlxalq standartlara cavab verən Kern Saxlanma Kompleksində saxlanılır.

AZLAB neft sənayesində fəaliyyət göstərən BP, Statoil, Total, Lukoil, EXXON, Conoco Phillips, Karasu, Shirvan Oil, Binaqadi Oil şirkətləri ilə geniş əməkdaşlıq edir. Həmçinin Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Ukraynada fəaliyyət göstərən bir çox şirkətlərlə əməkdaşlıq edərək, geniş tədqiqat işləri görmüş və hal-hazırda da bu əməkdaşlığı davam etdirməkdədir.

AZLAB 2005-ci ildən Dübəndi terminalında Azərbaycanın ən böyük neft ehtiyatlarına malik olan Günəşli və Neft Daşları yataqlarından hasil edilən neftin, 2013-cü ildən SOCAR-ın ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlara uyğun səviyyədə nəzarəti həyata keçirir.

Fəaliyyəti müddətində işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə çox diqqətlə yanaşmış və bu sahədə lazım olan sertifikatları (İSO 9001:2008, ISO 14001-2004 , OHSAS 18001: 2007, İSO/ İEC 17025) almışdır.

Tədqiqatlar nəticəsində əldə olunan məlumatlar əsasında ərazinin geoloji quruluşu haqqında məlumat toplamaq, quyuların bio və litostratiqrafik kəsilişini hazırlamaq, kollektor xüsusiyyətlərini təyin etməklə, karbohidrogen ehtiyatlarını hesablamaq, qonşu quyularla korelyasiyasını aparmaqla, gələcəkdə aparılacaq axtarış və kəşfiyyat işlərini planlaşdırmaq mümkündür. PVT eksperimentləri nəticəsində əldə olunmuş məlumatlardan karbohidrogen ehtiyatlarının hesablanmasında, işlənmə layihələrinin hazırlanmasında, layların modelləşdirilməsində, quyuların tamamlanmasının layihələndirilməsində geniş istifadə olunur.