Təbii qaz nümunələri üzvi və qeyri üzvi (H2S, CO2, N2, H2) komponentlər də daxil olmaqla qaz-xromatoqrafik analizləri.


AGİLENT 7900 İSP-MS Qrunt və su nümunələrində müxtəlif ağır metal izlərinin multi-elementar analiz üsulu ilə təyini.


Leco 4D GC x GC TOFMS “Pegasus” kütlə-spektrometrik kompleksi mürəkkəb çoxkomponentli nümunələrin kimyəvi analizində istifadəçiyə yeni imkanlar yaratmaqla daha çox komponentləri yüksək dəqiqliklə təyin etməyə imkan verir.

“Soxtec” ekstraksiya aparatı – tam avtomatlaşdırılmış sistem olub, müxtəlif nümunələrdən maddələri sürətlə və tam təhlükəsiz ekstraksiya edir.

Neft sənayesi və elmi tədqiqatlar üçün istifadə olunan yüksək dəqiqlikli rəqəmsal sıxlıq təyin edən cihaz.

Neft və yanacaq-sürtgü materiallarında kükürdü, vanadium və nikeli rentgen-flüorosent üsulu ilə təyin edən cihaz.

Üzvi maddələrin (neft də daxil olmaqla) benzolda həll edilərək krioskopik üsulla molekul kütləsinin təyini.

10 ildən artıqdır ki, “AZLAB” neft sənayesi üçün professional inspeksiya nəzarəti xidməti göstərir.
“AZLAB” Dübəndi terminalinda beynəlxalq standartlara uyğun olaraq zəngin neft ehtiyatlarına malik “Günəşli” və “Neft Daşları” yataqlarından çıxarılan neftin keyfiyyət və kəmiyyətinə nəzarəti həyata keçirir.

KOKS ECOVAC vakuum avtosisternləri neftçıxarma və neft emalı sənayesində, ərzaq malları istehsalında, şəhər kommunal təsərrüfatında və sorma tələb olunan digər sahələrdə istifadə olunur. Toksiki və partlayıcı maddələrin daşınmasında RED və ya ADR/ATEX standartlarına cavab verən avtosisternlərdən istifadə olunur.
